19.08.2025, 18:04
AZ EN
19.08.2025, 09:30 210

Şuşanın abadlığı uğrunda çalışmaqdan qürur duyuram

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində Şuşa şəhərinə köçürülən sakinlərindən biri də Təmkin Zeynalovdur.

Dövlət Məşğulluq Agentliyi tərərfindən doğma yurdda işlə təmin edilən  Təmkin Zeynalov deyir ki, Şuşa işğal olunanda mən hələ anadan olmamışdım. Şuşanın tarixi, gözəlliyi haqqında mən böyüklərimdən eşitmişəm: “Ən böyük arzularımdan biri elə Şuşada yaşamaq, işləmək, Şuşanın abadlığı uğrunda çalışmaqdır. Buna görə mən Dövlət Məşğulluq Agentliyinə müraciət etdim ki, məni işlə təmin etsinlər. Onlar da sağ olsunlar, köməkliklərini əsirgəmədilər, məni işlə təmin etdilər. Hal-hazırda da mən Şuşada lift operatoru kimi fəaliyyət göstərirəm. Binaların liftlərinə nəzarət edirəm və Şuşanın abadlığı uğurunda çalışmaqdan qürur duyuram”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər