Bunu Yaxın Şərq məsələləri üzrə rusiyalı ekspert və təhlilçi Stanislav Tarasov bildirib.
Onun sözlərinə görə, bu, məğlub Paşinyanın ideyasıdır: “Nəzəri olaraq bu layihədə Türkiyə, Rusiya və İran iştirak etməli idi. Ancaq indi bu “dəhliz” də heç kimə lazım deyil. İndi o, ideyanı satmağa çalışır, amma heç kim onu almır. Əvvəllər ona təklif edəndə o, özünün qiymətini qaldırdı”.
S.Tarasov bildirib ki, Türkiyə Zəngəzur yolu ideyasında israr etməyəcək, Azərbaycan təxminən bir il əvvəl, 2022-ci il sentyabrın 22-də İranla imzalanmış saziş əsasında Naxçıvanla əlaqə quracaq: “Moskva və Tehran Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan 160 km uzunluğunda dəmir yolunun - yeni nəqliyyat dəhlizi tikintisini yaxın vaxtlarda başa çatdıracaqlar". (Report)