27.06.2025, 06:25
AZ EN
07.09.2023, 13:44 330

İrəvandakı ermənilər seçkilərdə maraqlı deyil

XƏBƏRLƏR

Məlum olduğu kimi bu il sentyabrın 17-də İrəvan şəhər meri vəzifəsinə seçkilər keçirilməsi nəzərdə tutulub və avqustun 23-dən seçki marafonuna start verilib. Bununla bağlı dünən sorğu keçirilib. Rəyi soruşulanların əksəriyyəti seçkidə iştirak edəcəyini bildirsə də heç bir müsbət irəliləyiş olmayacağını da dilə gətiriblər. Sakinlərin 20 faizə yaxını isə seçkilərə inanmadığını və iştirak etməyəcəyini bildiriblər. Bu seçki ilə balıq ovunun eyni məna daşıdığını bildirən Navasardyan isə seçkilərin nəticələrinin hakim partiyanın namizədinin xeyrinə saxtalaşdırılacağını da istisna etməyib.

Nəsib

Oxşar xəbərlər