28.06.2025, 00:31
AZ EN
16.08.2023, 11:49 422

Erməni deputat ölkəsindəki qanunsuzluqdan şikayətçidir

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin insan haqqları və ictimai məsələlər daimi komissiyasının sabiq sədri Takuhi Tovmasyan tutduğu vəzifədən qanunsuz çıxarıldığına görə İnzibati məhkəmə qarşısında iddia qaldırıb.

Məhkəmə onun iddiasını təmin etməyib. Səbəb kimi isə buna səlahiyyəti olmadığını, konkret desək, parlamentin işinə qarışmadığını bildirib. Olaydan narazı qalan sabiq komissiya sədri öz hüquqlarının qorunması üçün Avropa insan hüquqları məhkəməsinə müraciət etməyə hazırlaşır və müvafiq sənədlər toplamaqdadır.

Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, vaxtilə sabiq deputat Naira Zohrabyan da sözügedən məhkəməyə müraciət etsə də heç nəyə nail ola bilməmişdi. Çünki Ermənistan məhkəmələri Paşinyanın və onun komandasının sifarişi ilə işləyir.

N.Qaramanlı

Oxşar xəbərlər