19.08.2025, 23:09
AZ EN
11.08.2023, 18:58 306

Ermənistanın İsraildəki sabiq səfirinin oğlu gələn ayın sonuna qədər həbsdə qalacaq

XƏBƏRLƏR
  • Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan sentyabrın 30-a qədər həbsdə qalacaq.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Prokurorluğun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd etdiyi bildirilib.

Qeyd edək ki, Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan iyulun 29-da saxlanılıb. Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəydiyi güman edilir. (APA)

Oxşar xəbərlər