Bunu Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov feysbukda yazıb.
Onun sözlərinə görə, bu gün Ermənistanın əsas problemi "nikolizm” deyil, siyasi sistemdir: “Bu sistemdə praktiki olaraq öz xalqına və dövlətinə xidmət edən siyasi qüvvə qalmayıb".
E.Şarmazanov bildirib ki, birinin ürəyində Avropa İttifaqı, digərində ABŞ, başqa birində Rusiya, sonuncuda isə türk bayraqları yer alıb: "Dövlət təfəkkürünün olmaması bizi buna gətirib çıxarıb".
Siyasətçi hesab edir ki, erməni siyasi qüvvələrin mənəvi dayağı mütləq iki dəyər olmalıdır - Allah və Vətən.
Keçmiş iqtidar partiyasının funksioneri həmçinin deyib ki, dünya nəhəngləri öz maraqları naminə Ermənistandakı casuslarından istifadə edərək siyasi qüvvələrin əksəriyyətini toqquşdurur və həmin siyasi qüvvələr də “qladiatorlar” kimi başqalarının maraqlarını qul kimi müdafiə edərək döyüşürlər. (Report)