27.06.2025, 12:06
AZ EN
24.05.2023, 14:00 314

Araik Harutyunyan reallığı dərk etmir

XƏBƏRLƏR
  • Qarabağdakı separatçı rejimin rəhbəri Araik Harutyunyan dünən ermənilərə müraciət edərək onları Paşinyanın siyasi xəttini, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə fikirlərini baykot erməyə çağırıb və bu Ermənistanda birmənalı qarşılanmayıb.

Ermənistan parlamentinin hakim fraksiyasının üzvü Gevorq Papyan bir az öncə parlamentin binasında jurnalistlərə açıqlamasında deyib: "Mən arzular nöqteyi-nəzərindən danışmaq istəmirəm. Konkret faktlardan danışmaq istəyirəm. Arzu baxımından elə şeylər deyə bilərəm ki, siz özünüz də məəttəl qalarsınız. Ermənistan ərazisi barədə elə gözəl arzular ifadə edə bilərəm ki, cənab Harutyunyan məəttəl qalar. Təklif edirəm ki, biz pafosla, istəklərlə danışmayaq, mövcud əsaslarla danışaq. Əsaslandırılmış halda deməliyik ki, nə etməliyik. Faktları bir-birinin yanına qoysaq dərk edərik ki, nə demək mümkündür. Mən istəmirəm ki, biz indi müharibə yolunu seçib sonra Aleksandrapol müqaviləsini təkrar alaq, sonra da deyək ki, niyə belə oldu. Xalq naminə, dövlətin qərarını həyata keçirmək naminə reallığı indi başa düşməliyik. Danışıqlardan imtinamı edək? Ötən 30 ildə Ermənistan danışıqlardan hansısa uğur qazanıbmı?"

Deputatın bu sözləri müxalif jurnalistlərə təsir etməyib və onlar Araik sayağı pafoslu ifadələr səsləndiriblər ki, bu da, həmişə vurğuladığımız kimi, sağlam məntiqlə deyil, psixi pozuntularla müşaiyət olunur.

N.Qaramanlı

Oxşar xəbərlər