27.06.2025, 11:39
AZ EN
17.05.2023, 09:23 274

Ermənilər ruhən məğlub doğulurlar

XƏBƏRLƏR

"Hraparak"ın baş direktoru və həm də baş redaktoru, erməni parlamentinin sədrinin "Müxalif" ləqəbli qaynanası Armine Ohanyanın ermənilərin anadan qorxaq, qarataleli, özgəsinə güvənən doğulduqları barədə məqalələrinin davamı olaraq bu gün yaydığı "Ruhən məğlublar" yazısı da diqqət çəkəndir.

O, yazır "Biz ermənilər qonşu təcavüzkar millətlərdən nə ilə fərqlənirik? Onlar onilliklərlə itirdikləri ilə hesablaşa bilmirlər, hər şey edirlər ki, itirilmiş torpaqları geri qaytarsınlar. Bizə isə cəmi bir neçə gün kifayətdir ki, babalarımızın torpaqlarının itkisi fikri ilə hesablaşaq və xaçımızı sakitcə aparaq. Bizim indiki yaralı, miskin vaxtımızda onlar hər gün bir şey fikirləşirlər ki, biz yeni yaralar ala-ala düşmənin daha nə istədiyini gözləyək."

Laçın-Xankəndi yolundakı nəzarət-buraxılış məntəqəsindən, Şuşadan, Hadrutdan yanğılı ifadələrlə danışan baş redaktor ATƏT-in Minsk qrupu ilə də işlərini düzgün qura bilmədiklərini az qala gözyaşları ilə vurğulayır. Belə gedərsə, yenidən qırılacaqlarını ehtimal edən müxalif qaynana 29.800 kv.km ərazinin saxlanılmasının ermənilər üçün qələbə olduğunu da qeyd edir və bunu da məhz ruhən məğlubiyyət adlandırır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər