28.06.2025, 00:27
AZ EN
15.05.2023, 13:39 340

Müşahidə missiyası Ermənistana hesabat vermir

XƏBƏRLƏR

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin bu gün keçirdiyi brifinqdə jurnalistin sualına cavabında belə deyib. O, deyib ki, əgər söhbət Zoddakı son olaylardan gedirsə, deməliyəm ki, müşahidəçi missiya orada olmayıb. Harda nəsə baş verirsə, o demək deyil ki, missiya mütləq orda olmalıdır və Ermənistana hesabat verməlidir. Müşahidəçilər sərhəddə olur, nə baş verdiyini  aydınlaşdırmağa çalışır və Aİ-na məlumat verir. "Elə vəziyyət ola bilər ki, müşahidəçi oraya getməkdən konkret imtina etsin", - deyə səfir onların təhlükəsizliyi üçün məhz Ermənistanın məsuliyyət daşıdığını xatırladıb.

N.Qaramanlı

Oxşar xəbərlər