27.06.2025, 11:22
AZ EN
05.04.2023, 21:00 284

UEFA "Qarabağ"ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəliri açıqlayıb

XƏBƏRLƏR
  • "Qarabağ"ın 2021/2022 mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.

Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsindəki çıxışına görə ümumilikdə 6 524 000 avro vəsait qazanıb.

Bunun 2 940 000 avrosu iştirak haqqı kimi "köhlən atlar"ın hesabına köçürülüb. Bundan başqa, "Qarabağ"a qrupdakı performansına görə 2 344 000 avro, əmsala görə 935 000 avro, pley-offa çıxdığı üçün 300 000 avro, reklamlardan isə 10 000 avro pul ödənilib.

Yekun məbləğdən 5 000 avro müəyyən xərclərə görə çıxılıb.

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasında qrup mərhələsini 2-ci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb. Bu raundda Fransa "Marsel"inə uduzan (1:3, 0:3) ağdamlılar turnirlə vidalaşıb.("Report")

Oxşar xəbərlər