Federasiyadan verilən məlumata görə, Azərbaycan hələ iştirakını təsdiq etməyib.
Bildirilib ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq Avropa Ağır Atletika Federasiyası və Beynəlxalq Ağır Atletika Federasiyasına təhlükəsizlik tədbirəri ilə bağlı zəmanət məktubunun alınması ilə bağlı müraciət etmişik. Ancaq hələ də müraciətə cavab verilməyib. Bu səbəbdən də Azərbaycan iştirakını rəsmi təsdiq etmiş sayılmır. Rəsmi təsdiq üçün son tarix 11 apreldir.
Qeyd edək ki, bu gün erməni mətbuatı Azərbaycanın çempionatda iştirakını təsdiq etməsi barədə məlumat yayıb.
Xatırladaq ki, təsnifat xarakterli yarış İrəvanda 15-23 aprel tarixlərində keçiriləcək. Çempionat Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. (Trend)