Uşaqlıqdan leqo modellərinin yığılmasına böyük maraq göstərən Şükürlü Röyal istər Azərbaycanda, istərsə də ölkə xaricində təşkil olunan robot yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib. Rumıniyanın Buxarest şəhərində keçirilən və 20 ölkənin “İnfomatrix WorLd Final” çempionatında “Mini Sumo” kateqoriyasında 1-ci yerə layiq görülərək platinium (fırst of the fırst) medalı ilə təltif edilib.
Eyni zamanda 25 ölkənin qatıldığı “Robochallenge 2024” Dünya Çempionatının “Mini Sumo kids” kateqoriyası üzrə 174 komanda və 964 robot arasında 3-cü yerə çıxıb.
Hazırladı: Mina RƏŞİD