Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 236 piyada əleyhinə mina, 267 tank əleyhinə mina, 4922 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 5336.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib. (APA)