Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Hazırda yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ