17.06.2025, 06:33
AZ EN
16.02.2023, 10:24 435

Qirxbulaq mahalı, Oxçaberd kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Qırxbulaq mahalında olan Oxçaberd kəndi rayon mərkəzi Ellər qəsəbəsindən 21 km cənub-şərqdə, İrəvan-Gərni avtomobil yolunun üstündə, dağlar qoynunda, dəniz səviyyəsindən 1835 metr yüksəklikdə yerləşir. 1818-ci ilə qədər kənddə yalnız Azərbaycan türkləri yaşamışlar. Həmin ildə kəndin yerli türk əhalisi ermənilər tərəfindən dəhşətli qırğınlara məruz qalmış və burada İrandan və Türkiyədən gəlmə xeyli erməni yerləşdirilmişdir. 1922-ci ildən 1930-cu illərə qədər kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuş, 1930-cu illərdə azərbaycanlılar qovulmuş, kənd bütünlüklə erməniləşdirilmişdir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin Oxçaberd kəndi, 1728-ci ildə isə "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Qırxbulaq nahiyəsinin Oxçaberdi kəndi kimi qeydə alınmışdır. İ.Şopendə və sonrakı mənbələrdə kəndin adı Oxçaberd şəklindədir. Kəndin adının ilk komponenti olan Oxçu türk tayfasının adından götürülüb. Qərbi Azərbaycanda bu tayfanın adı ilə bağlı xeyli toponim mövcuddur. Qafan rayonunda Oxçu kəndi, Oxçu çayı, Amasiya rayonunda Oxçu oğlu kəndi və s. Bəzi tədqiqatçılar, erməni tarixçilər berd sözünü qala kimi adlandırmaları düzgün deyil. Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, bert hissəsi türk dillərində "çətin keçilən yer", "əlçatmaz yer” mənasında işlənir. Deməli, Oxçaberd türk dilində Oxçu tayfasının yaşadığı dağ yüksəkliyi deməkdir. 1935-ci ildən kəndin adı bütün erməni sənədlərində Voxçaberd şəklində yazılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR