Bu barədə Mavritaniyadan olan səyyah Baba Əl-Bekay bildirib.
Onun sözlərinə görə, ziyarət etdiyi Ağdamdakı məscid onda xüsusi təəssürat yaradıb: "Müsəlman ölkəsindən gəlmiş bir müsəlman olaraq mənim üçün bu, çox emosional an oldu. Bu müqəddəs yeri görmək və Azərbaycanla Ermənistan arasındakı münaqişə zamanı həlak olan insanların tarixini öyrənmək həqiqətən vacibdir. Qarabağın güclü və dərin tarixi var, bu, məni həqiqətən duyğulandırdı".
Baba Əl-Bekay azad edilmiş ərazilərdə bərpa işlərinin heyranedici tempini qeyd edib. Onun sözlərinə görə, hələ bir neçə il əvvəl burada demək olar ki, infrastruktur yox idi, bu gün isə müasir şəhərlər tikilib. "Hökumətin bu inanılmaz səyləri möhtəşəm nəticə verib", - o vurğulayıb.
Səyyah əlavə edib ki, öz təcrübəsini mütləq vətənindəki ailəsi və dostları ilə bölüşəcək, gələcəkdə isə Qarabağa qayıtmağı planlaşdırır. "Bu, mütləq ziyarət edilməli olan bir yerdir", - o vurğulayıb. (Report)