28.03.2026, 18:20
AZ EN
27.03.2026, 18:35 112

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib

XƏBƏRLƏR
  • Macarıstanın dəvəti ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə uğurlu görüş keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabına yazıb.

H.Hacıyev qeyd edib ki, görüş zamanı TDT-nin Qəbələ Sammitinin nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrlik prioritetlərinə istinad edilərək, mövcud qlobal çağırışlar kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

"Prezident İlham Əliyevin TDT-nin əvvəlki sammitlərində vurğuladığı kimi, Türk dünyası – gənc demoqrafiyası, zəngin təbii sərvətləri, enerji potensialı və əsas nəqliyyat marşrutları da daxil olmaqla strateji geosiyasi mövqeyi sayəsində – Avrasiya qitəsində mühüm yer tutur və TDT mühüm geosiyasi mərkəzə çevrilmişdir", - H.Hacıyev qeyd edib. (Report)

Oxşar xəbərlər