Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mənasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurululandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 63 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır.
Azərbaycanlılar 1948–49-cu illərdə Azərbaycana köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ