17.06.2025, 05:03
AZ EN
25.11.2023, 17:39 429

Dərələyəz mahalı, Çivə kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Çivə kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Keşişkənd rayonunun ərazi dairəsində, rayon mərkəzindən 13 km cənub-qərbdə, Arpaçayın sağ qolu olan Elpin çayının hər iki sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim yivə türk tayfa adının fonetik forması olan çivə etnonimi əsasında yaranmışdır. Türk dillərində y-ç paralelləri geniş şəkildə özünü göstərir. "Yarğan", "hündür qaya", "dik sahil" mənalarında işlənən yar, çar sözlərindəki y-ç səsəvəzlənməsi buna aydın misaldır.

Kənddə 1831-ci ildə 29 nəfər, 1873-cü ildə 294 nəfər, 1886-cı ildə 431 nəfər, 1897-ci ildə 689 nəfər, 1904-cü ildə 562 nəfər, 1914-cü ildə 612 nəfər, 1916-cı ildə 758 nəfər, 1919-cu ildə 1200 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1919-cu ilin axırlarında kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 391 nəfər, 1926-cı ildə 367 nəfər azərbaycanlı,  94 erməni, 1931-ci ildə 367 nəfər, 221 erməni yaşamışdır.

Yuxarıdakı rəqəmlərdən göründüyü kimi ermənilər burada 1926-cı ildən məskunlaşdırılıblar. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-53-cü illərdə bu kəndin azərbaycanlı əhalisi də zorla Azərbaycana köçürülmüşdür. 1953-cü ildən sonra onların bir hissəsi yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. Hazırda yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR