05.08.2025, 03:33
AZ EN
21.09.2023, 17:54 336

Qərbi Azərbaycan, Kəmrəz kəndi

QƏRBİ AZƏRBAYCAN

Kəmrəz kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan) rayonuna daxil idi. 1590-cı ilə aid türkcə mənbədə və 1728-ci ilə aid mənbədə Kəmris kimi qeyd edilmişdir. XIX əsrin sonlarına aid mənbədə Qəmriz kimi kimidir. XVII əsrə aid ermənicə mənbədə Qəmrəs yazılmışdır. Yerli əhali arasında tələffüz forması Kəmrizdir. Türk dillərində qəm, kəm "çay, dərə" və arıs" tayfanın hissəsi" sözlərindən əmələ gəlmişdir. Toponimin tərkibində olan kəm sözü XIX əsrdə Stavropol quberniyasının Açi - Kulak dairəsində Kəm - Tübə (dağ), Ter əyalətinin Nalçik dairəsində Kəm (kənd), İrəvan quberniyasının Novobəyazid qəzasında Kəm (dərə), Zəngəzur qəzasında Kəm - Bil, Kəmdağı toponimlərində də vardır.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR