17.06.2025, 03:59
AZ EN
03.06.2025, 13:12 312

Məsim Məmmədov: Bu gün Laçın rayonunda 3491 nəfər yaşayır

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğal illərində Laçında və digər ərazilərimizdə tarixi abidələrimizə qarşı vandallıq aktı törədilib. 217 mədəniyyət, 101 təhsil və 142 tibb müəssisəsi, 462 ticarət obyektləri, 30 rabitə və bir çox sənaye obyektləri məhv edilib. 54 dünya əhəmiyyətli tarixi abidə və 200 yerli əhəmiyyətə malik abidəyə xeyli ziyan dəyib.

Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

“Torpaqlar azad olunandan dərhal sonra genişmiqyaslı tikinti və yenidənqurma işlərinə başlanıldı. Laçın da bu prosesdən kənarda qalmadı. Bu gün Laçın rayonunda 3491 nəfər yaşayır, o cümlədən 571 ailə birbaşa Laçın şəhərində məskunlaşıb. Onların rahat yaşayışı üçün bütün şərait yaradılıb. ", - deyə Məsim Məmmədov diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR