17.06.2025, 03:34
AZ EN
29.05.2025, 17:04 223

Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim olunub

ŞƏRQİ ZƏNGƏZUR
  • Mayın 29-da yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub.

Bəylik kəndinin klub - icma mərkəzində ailələrin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, Bu mərhələdə kəndə 163 nəfərdən ibarət 41 ailə köçürülüb. 

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR