Bu barədə rayonun Bəylik kənd sakini Pərvanə İsgəndərova danışıb.
O, doğma ocağına qayıdan sakinlərin çox sevindiklərini deyib:
“Yol boyu gördüyüm mənzərələr ürəyimi parçalamışdı, göz yaşımı saxlaya bilmirdim. Amma kəndlərin bərpa olunduğunu gördükcə ürəyimizdəki ağrı fərəhlə əvəzlənib.
Mən Bəylik kəndinə ailə quraraq gəlmişəm. Lakin bu yerləri o qədər sevdim ki, o vaxta qədər həmin kənddə olmadığıma görə heyfsilənirdim.
Burada bizə inşa edilən evlər təbiətin gözəlliyinə rəng qatır. Şəhidlırimizin ruhunu hörmətlə anır, ölkə başçısına təşəkkür edir, ordumuza daim güclü olmasını arzulayıram”. (Report)