05.08.2025, 07:56
AZ EN
02.05.2023, 19:42 322

Səfir: Çexiya Qarabağda bərpa və quruculuq işlərində iştirak etməyi nəzərdən keçirir

ŞƏRQİ ZƏNGƏZUR
  • Çexiya Azərbaycanı özünün ən etibarlı tərəfdaşlarından biri hesab edir. Ölkələrimiz arasında münasibətlər daha dərinləşərək yeni məzmun kəsb edir.

Çexiya Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır. Ölkəmiz Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyi nəzərdən keçirir. “Ağıllı” kənd və texnologiyalarla bağlı layihələr üzərində iş gedir.

Bu sözləri Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçek müsahibəsində deyib.

Diplomat kənd təsərrüfatı texnikasının istehsalında ölkəsinin imkanlarını qeyd edərək, bu sahədə əməkdaşlığı nəzərdən keçirməyin vacibliyini qeyd edib.

Səfir sonda vurğulayıb ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR