17.06.2025, 05:15
AZ EN
16.03.2022, 12:30 447

Cəbrayılda tikiləcək günəş elektrik stansiyasının dəyəri açıqlanıb

ŞƏRQİ ZƏNGƏZUR

Cəbrayılda bp şirkətinin tikəcəyi 240 meqavatt gücündə günəş elektrik stansiyasının investisiya dəyəri təxminən 200 milyon dollar olacaq.

"Trend"in yaydığı məlumata görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

"bp ilə imzalanmış saziş çərçivəsində Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün tədqiqat işləri aparılır. Bundan başqa, Qarabağda kiçik su elektrik stansiyalarının bərpası planlaşdırılır. Bugünədək artıq 4 kiçik su elektrik stansiyası bərpa olunub. Həmçinin, bu il beş kiçik su elektrik stansiyasının tikintisi planlaşdırılır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsinin inkişaf prioritetlərindən biri layihələrin özəl sektorla birgə reallaşdırılmasıdır.

"Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində bir sıra analoji layihələrin reallaşdırılması planlaşdırılır", - T.Əmmayev deyib.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR