İclasda BMT-nin ətraf Mühit Proqramının ekspertləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu, Şuşa rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Xüsusi nümayəndəliklərinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Təmiz Şəhər” ASC-nin və digər qurumların nümayəndələri iştirak edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən iclasda Ağdam rayonunda tikinti-söküntü tullantılarının miqdarı və təkrar emalı imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi və təkrar emalı ssenarilərinin əsas nəticələrinin təqdimatı olacaq, tikinti-söküntü tullantılarının idarə olunması ilə bağlı müzakirələr aparılacaq. (AZƏRTAC)