11.03.2026, 00:41
AZ EN
05.01.2026, 17:13 221

Füzuli sakinlərinin səyyar qəbulu Babı kəndində keçirildi

QARABAĞ
  • Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilin ilk səyyar qəbulunu Babı kəndində keçirdi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun idarə-müəssisə, xidməti təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün yaşayış məntəqələrində səyyar görüşlərin keçirildiyini qeyd etdi. Rayon rəhbəri keçirilən səyyar qəbulların vətəndaşları narahat edən problemlərin həlli istiqamətində olduqca əhəmiyyətli olduğunu vurğuladı.
Qəbulda qaldırılan məsələlərin həlli ilə bağlı Rayon rəhbəri tərəfindən aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerindəcə müvafiq tapşırıq və tövsiyyələr verildi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər