Bu barədə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin departament müdiri Rövşən Qəniyev bildirib.
“Yaxın vaxtlarda mərkəzin işçilərinin sayının 20 nəfərə çatdırılması nəzərdə tutulur”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “PashaPay” MMC-nin birgə təşkilatçılığı ilə “Qayıt iş” layihəsi çərçivəsində Füzuli şəhərində “Bir ekosistem” daxilində “m10” və “Milliön” telesatış mərkəzi istifadəyə verilib.
Dövlət və özəl sektor əməkdaşlığının daha bir uğurlu nümunəsi olan “Qayıt iş” layihəsi işğaldan azad edilmiş ərazilərin sakinləri üçün dayanıqlı iş yerləri yaratmaq məqsədi daşıyır. Həmçinin layihə bölgədə sosial-iqtisadi inkişaf proseslərinə, rəqəmsal ödəniş xidmətlərinin genişlənməsinə töhfə verməyə hədəflənib. (AZƏRTAC)