Bunu Seyidbəyli kənd sakini Rasim Ələkbərov deyib.
O, doğma kənddə olan rahatlığı heç yerdə görmədiklərini vurğulayıb:
"Məcburi köçkünlük dövründə bir neçə rayonda yaşadıq, çətin günlərimiz oldu. Lakin dövlət bizim problemlərin həlli üçün çox iş gördü, şəraitimiz yaxşılaşdırıldı.
Bununla belə, tam səmimi sözümdür, kəndimizdə olan rahatlığı heç bir yerdə görmədik. Daşbulağa qayıdan insanların narahat yuxularına da artıq son qoyulub". (Report)