Bunu Xankəndidə müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev deyib.
“Yay məktəbində Türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alimlər, doktorantlar iştirak edirlər. Ümid edirəm ki, yay məktəbi iştirakçılar üçün elmi və intellektual baxımdan zəngin və məhsuldar bir təcrübəyə çevriləcək, yeni fikirlərin, akademik əlaqələrin və davamlı əməkdaşlıq perspektivlərinin formalaşmasına kömək edəcək. Türk dünyasının müxtəlif ölkələrindən gələn gənc alimlər bu yay məktəbi sayəsində müəyyən əlaqələr yaradacaq, elmi şəbəkə quracaq və onların gələcək elmi fəaliyyətində bu münasibətlərin böyük rolu olacaq”, - deyə akademik Şahin Mustafayev bildirib. (AZƏRTAC)