26.09.2025, 04:12
AZ EN
16.09.2025, 07:35 223

Hadrutlu gənc: Atamın illərlə cənnət adlandırdığı torpaqlarda olduğum üçün çox xoşbəxtəm

QARABAĞ
  • İllərlə atamın cənnət adlandırdığı torpaqlarda olduğum üçün çox xoşbəxtəm.

Bunu açıqlamasında Hadrut qəsəbə sakini Zoya Mustafazadə deyib.

"Atam Hadrutla bağlı xatirələrini bizimlə paylaşanda hər zaman buranın cənnət olduğunu təsəvvür edirdim. Artıq mən xəyallarımda canlandırdığım bu cənnətdə - ata torpağımda yaşayıram. Ali məktəbdə tarix müəllimi ixtisası üzrə təhsil almışam.  İstəyirəm ki, bu qəsəbənin şagirdlərinə torpaqlarımızın işğaldan azad edilərək əldə olunan zəfərimizin tarixini  öyrədim. 

Bizim bu gün Hadrutda olmağımıza səbəbkarı cənab prezidentimizə Hadrutdan olan bir gənc kimi təşəkkür edirəm. Çox xoşbəxtəm ki, hazırda ailəmlə birgə illərdir, arzusunda olduğumuz torpaqda yaşayırıq.

Vətən üçün canlarından keçən bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm", - deyə Z. Mustafazadə bildirib. (Report)

Oxşar xəbərlər