04.08.2025, 18:26
AZ EN
04.08.2025, 14:43 209

Düşərgə iştirakçısı: Tədbir gənclərin Vətənə bağlılığı baxımından çox önəmlidir

QARABAĞ
  • Almaniyada Təmiz enerji prosesləri üzrə magistr təhsili alıram. Burada olmaq mənim üçün qürurverici və sevindiricidir. Çünki tədbir azərbaycanlı gənclər üçün həm dünyagörüşünün artırılması, həm də Vətənə bağlılıq baxımından çox önəmlidir.

Bunu açıqlaması zamanı Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə Almaniyadan qatılan Günel Hüseynli deyib.

“Ən önəmlisi bu tədbirin Xankəndidə təşkil edilməsidir. Biz uşaq yaşlarımızdan Qarabağ hekayəsi ilə böyümüşük və bu gün hamımız üçün sevindirici haldır ki, Qarabağda beynəlxalq tədbirlərə ev sahibliyi edirik”, - deyə düşərgə iştirakçısı bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər