Nizami Kino Mərkəzində Ulu Öndərin Belçika və Lüksemburqa rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə – Belçika və Lüksemburq” sənədli filminin təqdimat mərasimi keçirilib. Filmdə Heydər Əliyevin Avropanın əsas siyasi təşkilatlarının yerləşdiyi bu ölkələrə səfərlərinin qeyri-rəsmi tərəfləri də əks olunub.
Sənədli ekran işi, eyni zamanda, Azərbaycan ilə Avropa dövlətləri və təşkilatları arasında formalaşan dostluq münasibətlərində Heydər Əliyevin misilsiz xidmətlərini tarixi faktlar əsasında nümayiş etdirir. Film həm arxiv görüntülərlə zəngindir, həm də gənc nəsil üçün dəyərli siyasi irsin tanıdılmasına xidmət edir.
Tahirə AĞAMİRZƏ