Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 12 komandada 200-dən çox idmançı iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra idmançılar qüvvələrini sınayıblar. Yarışın sonunda turnirin qalibləri mükafatlandırılıb. (AZƏRTAC)