06.05.2025, 11:26
AZ EN
05.05.2025, 16:55 121

Öz camaatımıza xidmət etməkdən məmnunluq hissi duyuram

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək məşğulluğu təmin edilən vətəndaşlarımızdan biri də Aynurə Rəhimovadır.

Füzuli şəhərində məskunlaşdıqdan sonra qısa müddət ərzində Aynurə Rəhimova Dövlət Məşğulluq Agentliyi tərəfindən “Azərişıq” ASC-də işlə təmin edilib.

O, bildirib ki, biz Füzulidən məcburi köçkün düşəndə mənim 6 yaşım var idi. Həmin dövrdə öz ailəmlə birlikdə Bakı şəhərinə pənah gətirmişdik.

Öz doğma torpağımıza sentyabr ayından qayıtmışıq: “Füzuli şəhərinə yenidən qayıtdıqdan sonra bir müddət işsiz qaldım və sonra Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Sağ olsunlar, Məşğulluq Mərkəzindən məni “Azərişıq”a yönləndirdilər. 6 aydır ki, Füzuli rəqəmsal yarımstansiyası idarəsində texniki operator vəzifəsində çalışıram. Abonentlərdən gələn müraciətləri cavablandırır, hansısa bir texniki problemlər olanda aradan qaldırırıq. Getdikcə şəhərimizdə sakinlərimiz artır, sakinlərimiz artdıqca da işimiz çoxalır. Öz xalqımıza, öz camaatımıza xidmət etməkdən məmnunluq hissi duyuram.

Bizə belə gözəl şərait yaratdığına görə möhtərəm Prezidentimizə, Onun xanımı Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Torpaqlarımıza yenidən  ayaq basdığımız üçün bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər