Xarici qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı ilə tanış olub, Üzeyir Hacıbəylinin, Natəvan və Bülbülün ermənilər tərəfindən atəşə tutulan abidələrinə, eləcə də azərbaycanlıların dağıdılmış evlərinə baxıblar.
Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.
Səyahətçilər Şuşa və Ağdam şəhərlərini, Füzuli, Xocavənd və Zəngilan rayonlarını, o cümlədən Ağalı kəndini və Cəbrayılı ziyarət edəcəklər.
Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. (Trend)