05.08.2025, 04:32
AZ EN
23.06.2023, 16:18 460

Ağdam rayonu, Mahrızlı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Mahrızlı kəndi Zəngişalı kənd inzibati ərazi dairəsinə daxildir. Kənd 1820-ci ildə Cənubi Azərbaycandan gəlmiş kürd mənşəli mahrızlı tayfası tərəfindən silinmişdir. 1886-cı ildə hazırlanmış və 1893-cü ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumatlar var. Kənd "Qafqaz təqvimi"nin 1906-cı il buraxılışında Şuşa qəzasının Çəmənli kənd icmasına daxil idi. 1913-cü ildə Rusiya imperiyasının ərazi bölgüsündə edilən dəyişikliklərdən sonra kənd Şuşa qəzasının Zəngişalı kənd icmasının tərkibinə verilmişdir. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati quruluşunda dəyişikliklər edilir və kənd Ağdam rayonunun Zəngişalı kənd sovetinə birləşdirilir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR