Qohumlarına, bacılarına hər gün məktub yollayıb Azərbaycanın əleyhinə ağızlarına gələni danışan bu "fağır xalqın" müxbirinin yekun sözü odur ki, əgər ekofəallar çıxıb getməsələr hay "heroslar" farsın, hindin, firəngin verdikləri silahları işə salacaqlar. Amma bu saçı buruq müxbir yəqin eşitməmiş olmaz ki, tərcüməsi "qəhrəman" olan o "heroslar"ın qollarını burub arxasında baglayacaq o qədər cavan azəbaycanlı var ki! 44 günlük müharibə də bunu təstiq etdi.
Haylar indi həm də Rusiyanın xarici işlər naziri Lavrovun bostanını daşa basmaqdadır. Deyirlər ki, bizə dərs keçməsin, yoxca Baqramyan prospektindəki lüks restoranını Ağdamdakı evlər kimi söküb materiallarını bacımız İrana ötürərik, yana-yana qalar.
"Joğovurt" qəzeti isə yuxudan indi ayılıb, Qriqoryanın sözlərinə bəzək-düzək verərək deyib ki,ay haylar, Ermənistanı KTMT və MDB-yə zopla qatıblar, deputatlar yığışıb qərar qəbul etməlidirlər ki, çıxırıq. Putin gərək Nikola deməyəydi ki, həm Azərbaycan, həm də Ermənistanla dostuq. Bu fikir parlamentin təhlükəsizlik və müdafiə komissiyasının sədri Andranik Koçaryanın cinini lap təpəsinə çıxarıb və o deyib ki, belə deməyin, yoxsa ruslar bizi "xaxollar"dan pis günə qoyar, Azərbaycan isə Zəngəzur, Göyçə, Qaraqoyunlu bir yana, Yeni ili düz İrəvanda qarşılayar. Öz aramızdır, hay olanda nə olar, kaş onun bu dedikləri gerçəkləşə.
NƏSİB