02.05.2025, 13:34
AZ EN
03.04.2024, 14:52 357

Paşinyan səfir olacaq

YAZILAR

Dünyada haylar qədər hay-küyçü toplum yoxdur deyənlər lap düz deyirlər. Haylar o qədər hay-küyçüdürlər ki, hind, fars, frəng, qaraçılar da onlara həsəd aparır, sonra da çaldıqları havaya bir oyun göstərirlər ki, dünyadakı haysevərlərin ağzı açıq, gözləri bərələ qalır. Hayların türk torpağının bir hissəsini xaçlıların hay-küyüylə qamarlayıb yenə türkdən oğurladıqları məkan mənasını verən "stan" mənsubiyyət sonluğunu öz hay adlarının sonuna yapışdırıb Hayastan əmələ gətirdikdən sonra da sakitləşməməsi dünyada, ruslar demiş, poçti  hamıya bəllidir. Deyirlər ki,bizim Hayastan indiki qədər olmayıb, lap böyük olub. O qədər böyük olub ki, yayı çəkib oxu atanda bir ucundan o biri ucuna çatıb. Hayastanın baş naziri olan Nikol Paşinyan deyəndəki, ay haylar, sizi uydurmalarla lap çaşdırıblar, məsələn sizin xalq qəhrəmanı dediyiniz, İrəvanın dəmir yolu vağzalının qarşısında heykəlini qoyduğunuz  Sasunlu David hay olmayıb assuri olub, özü də qəhrəman yox, döyüşçülərinin döyüş vaxtı qoyub qaçan olub. Hayların  siyasətdəki başbilənlərinin çoxu göyə daş atıb başlarını da o daşın altına tutub deyirlər ki, bu Nikol 100 faiz türkdür ki, bunları dəqiq bilir. Hay olsaydı hardan bilərdi?

Nəysə, haylar indi də başlayıblar ağlaşmağaki, Nikol 4 kəndi yox çox yerləri geri qaytaracaq ki, türklər hayların başına yenə yumruq endirməsinlər. Bir neçə hay isə and içib deyir ki, görərsiniz Hayastan cəmi 9 min kv km, Nikol isə burada baş nazir yox, Azərbaycanın səlahiyyətsiz səfiri olacaq.

Öz aramızdır, pis ideya deyil.

Nəsib

Oxşar xəbərlər