26.09.2025, 02:32
AZ EN
25.09.2025, 22:55 107

Tramp Ərdoğanla görüşdə Ermənistan-Azərbaycan arasında sülh prosesinə verdiyi töhfələrə toxunub

XƏBƏRLƏR
  • ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Oval Kabinetdə keçirdiyi görüşdə Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyi töhfələrə toxunub.

Ağ Evin rəhbəri həmçinin rəsmi Ankaranın regiondakı proseslərə təsiri barədə də danışıb: "Ərdoğan regionda inanılmaz nüfuza malikdir. O, sərt, inadkar adamdır. Mən adətən inadkar insanları sevmirəm, amma onu həmişə bəyənmişəm. O, sərt insandır və ölkəsi üçün böyük işlər görür". (Report)

Oxşar xəbərlər