28.06.2025, 16:46
AZ EN
02.03.2023, 14:20 310

Hay demokratiyası feodalizm qalığıdır

YAZILAR

Bu gün Ermənistan hökumətinin növbəti iclası keçirilib. Nikol Paşinyan Annası ilə Almaniyaya uçub getdiyinə görə iclası birinci müavini aparıb.

Areq Markaryan iclasla bağlı yazıb ki, iclasda daha çox İrəvanın Acapnyak inzibati rayonunda metropoliten stansiyası tikilməsi barədə müzakirələr aparılıb. Nikolun sevimlisi ləqəbli bələdiyyə sədrinin müavini, hələ seçki olmasa da özünü sədr kimi təqdim edən Tiqran Avinyan çıxışında bildirib ki, sözügedən stansiya "48 aya - 2 ilə tikiləcək". İclasdakıların heç biri isə düzəliş etməyib ki, 48 ay 2 il deyil 4 ildir. Müəllif əlavə edib ki, Avinyan Nikolun ən yaxın adamlarından olduğuna görə heç kəs onun səhvini üzünə deməyə cəsarət etmir. Bununla da bir daha "həm özlərinin, həm də Avinyanın feodal düşüncəsində olduqlarını təsdiqləyiblər", - deyən məqalə müəllifi "hakimiyyətin özünün formalaşdırdığı feodalizm şəraitində demokratiya ola bilməz" qənaətinə gəldiyini xüsusi vurğulayıb. O daha sonra əlavə edib ki, bütün bunlardan sonra hayların demokratiya oyunlarının drijorunun kim olduğunu öyrənmək də maraqsızdır.

Nəsib

Oxşar xəbərlər