12.03.2026, 13:46
AZ EN
12.03.2026, 11:45 68

Şükür ki, arzuma qovuşdum

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlarımızdan biri də Gülarə Əliyevadır. Ailəsi ilə birlikdə Ağdamda məskunlaşdıqdan sonra işlə təmin olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edən Gülarə xanım hazırda "Ağdam City Hotel"də aşpaz olaraq fəaliyyət göstərir.

Gülarə xanımın həyat yoldaşı Saməddin Əliyev Ağdam rayonundandır. Ağdamın Sarıcalı kəndində doğulub, boya-başa çatıb.

Gülarə xanım deyir ki, bizim evdə daim Ağdam rayonu, Sarıcalı kəndi haqqında xoş xatirələr, şirin söhbətlər danışılırdı. Mən də arzulayırdım ki, nə vaxtsa qismət olarsa, gedib oranı görərəm.  Şükür ki, arzum gerçəkləşdi.

Allah Prezidentimizin canını sağ eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə cansağlığı versin. Prezidentimizin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı azad etdi. Onların sayəsində biz də öz doğma yurdlarımıza qayıtdıq:

"Bura köçəndən sonra artıq iş barəsində düşünməyə başladıq. Dövlət Məşğulluq Agentliyinə müraciət elədik, sağ olsunlar ki, orda bizim müraciətimizə baxıldı. Zəng etdilər ki, aşbaz köməkçisinə ehtiyac duyulur. Mən də məmnuniyyətlə fikrimi bildirdim. Sağ olsunlar, qısa zamanda məni işlə təmin etdilər. Əvvəllər də mən bu işlə məşğul olmuşdum. Hal-hazırda da "Ağdam City Hotel"də aşpaz olaraq fəaliyyət göstərirəm".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər