"İrs" partiyasının qurucusu və rəhbəri, sabiq ABŞ vətəndaşı və hayların sabiq xarici işlər naziri Raffi Hovanesyan bu gün "Hraparak"-da yayılmış "Bayrağımızın mənasının təhrif edilməsində böyük günahkar özümüzük" başlıqlı məqaləsində yazır ki, Ermənistanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının bu gün 32 ili tamam olur.
BMT-nin binası önündə dalğalandığı bayraqları ilə qürur hissi keçirdiyini bildirən sabiq baş diplomat daha sonra bu bayrağın mövcud olması üçün erməni kilsəsinin böyük zəhməti olduğunu vurğulayır. Bu, əlbəttə, başadüşüləndir, çünki hər bir vətəndaş öz milli dəyərlərinə ehtiram etməyə borcludur. Amma 2013-cü ildəki prezident seçkisi ərəfəsində başına güllə çaxılan Raffi sağlam düşüncə qabiliyyətini itirməsə idi, yəqin bu oğurluq bayrağın rənglərinin hansı mənanı verdiyini bilər və indi günahkar axtarışına çıxmazdı.
Həmin bayrağın nələri ifadə etdiyini soruşduğu soydaşlarının "bilmirəm"- deyə cavab vermələrinin günahkarının da, guya, düşmənlər, yəni biz və Türkiyədəki qardaşlarımız olduğunu "icad edən" bu yekəxana hayın sözügedən məqaləsinə ən azı gülümsəyərək bayraq barədə elə özlərinin ən çox işlətdiyi ifadə ilə cavab vermək lap yerinə düşür: ko droşi vra.....
Nəsib Qaramanlı