Daşnakların bürosunun bu gün mətbuatda yayılmış bəyanatı da bir daha sübut edir ki, onları yenə də ermənilərin taleyi deyil, qırılmaları üçün münbit şərait yaratmaq düşündürür.Belə ki,həmin bəyanat nə indiki reallıqla, nə də adi insani düşüncə tərzi ilə uyğun gəlmir.
Sözügedən terrorçu qurum bildirir ki, həm Azərbaycan, həm Ermənistan, həm də Xankəndi üçün arzuolunmaz şəxs Ruben Vartanyanın "işdən" qovulması Qarabağın hay toplumunun vəziyyətinə ciddi mənfi təsir göstərəcək.
Bunu isə belə izah ediblər ki, Rubenin vəzifədə olmamasına görə danışıqlar prosesində Qarabağdakı haylara hansısa statusun verilməsi barədə söhbət belə getməyəcək. Masada bununla bağlı məsələnin olmayacağına əminlik ifadə edən daşnaklar onu da bildiriblər ki,son nəticədə müharibə qaçılmazdır və bu müharibənin gələcək nəsillərə ötürülməsi düzgün olmazdı.
Geniş şərhə ehtiyac yoxdur. Çünki haylar başlarına döyülməsə başa düşmək istəmirlər.
Nəsib