Hayların indiki hərəkətləri də məhz belədir deyə Armine Ohanyan əlavə edib ki, öncə "Ա1+" TV, 2018-ci ildən sonra daha 2 telestudiyanın bağlanması hayların çoxdan yadından çıxıb. Bununla yanaşı İrəvanda vaxtilə kimlər tərəfindən yeni məhəllələr, parklar salınması da unudulub. 2016-cı ildəki döyüşlərdə ölən 100 hay əsgərinin haqqında indi də hörmətlə danışıldığını, amma 2020-ci ildə ölən 5 mindən çox əsgər barədə danışılmadığını xatırladan baş redaktor bunun səbəbini adi unutqanlıq deyil, utancvericilikdə görür. Əlavə edib ki, hay məntiqinə görə, 44 günlük müharibədə Hayastan məğlub olduğuna görə ölən 5 min əsgər xatırlana bilməz.
Seçkilərin də saxta olduğunu xatırladan Armine əlavə edib ki, onları kimin seçiləcəyi deyil, maaşları, kommunal xərclər, gündəlik tələbatın ödənilməsi düşündürür və bununla da hay cəmiyyətinin beyni yuyulmuş zombilərdən ibarət olması təəccüblü görünmür deyə o, indiki iqtidarı günahlandırır.
N.Qaramanlı