26.09.2025, 02:31
AZ EN
24.09.2025, 08:01 243

Ermənistanda Azərbaycan səfirliyi açıla bilər

YAZILAR
  • "Ermənistan konstitusiyasına dəyişiklik edilərsə, iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edə bilər".

Bunu mətbuata açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan buna hazırdır və bunun üçün öz səmimiyyətini, real işini dəfələrlə nümayiş etdirib: "Çox istərdik ki, Ermənistanın son günlər Azərbaycanla yaxşı münasibətlərlə əlaqədar tezisləri yalnız sözdə qalmasın və real iş görsünlər.

Azərbaycanı bir daha sınağa çəkmək lazım deyil".

Deputat əlavə edib:

"Ermənistan xüsusi xidmət orqanının Bakıya səfəri olub. Sabah hansısa nazirimizin İrəvana səfəri baş tuta bilər.

Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılarsa, artıq əlaqələrimiz bütün sahələrdə inkişaf edə, səfirliklər açıla, ticarət-iqtisadi əlaqələr möhkəmlənə, humanitar sahədə əməkdaşlıq ola bilər",- deyə A.Mirzəzadə vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər