Bu sözləri TAİB-in Sivas üzrə nümayəndəsi, Turkiyə Araşdırmalar Mərkəzinin rəhbəri Kenan Çarboğa mətbuata aciqlamasinda deyib.
O, bildirib ki, Türk birliyi olaraq adımıza, tariximizə, varlığımıza, dəyərlərimizə sahib çıxmalıyıq. Çıxmalıyıq ki, düşməni susdura bilək: "Türkü sevməyənlər hər zaman qorxu içindədirlər. Onların hər həmlədə terrora meyl etmələrinin səbəbi də budur. Türk birliyindən qorxurlar. Ona görə də biz Türkiyə və türk ölkələrində Türk ədəbiyyatı, Türk birliyi, Dədə Qorqud və ədəbiyyatla bağlı böyük konfranslar təşkil edərək milli irsimizi qorumağa çalışırıq. Eləcə də, can Azərbaycanımızın
nəhənglərinin ədəbiyyat nümunələrini türk dilinə tərcümə edərək, təbliğatını aparırıq. Türk birliyinin gücü turk xalqlarının bir-birinə sıx baglı olmasindadır".
Qeyd edək ki, Kenan Çarboğa mədəniyyət, incəsənət, təhsil və ədəbiyyat sahələrindəki səmərəli fəaliyyətinə görə bütün türk ölkələrindən müxtəlif mükafatlara layiq görülüb.
Tahirə AĞAMİRZƏ