Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev İctimai Televiziyaya açıqlama verərkən səsləndirib.
Deputat daha sonra əlavə edib ki, Avropa İttifaqı ilə, NATO ilə Tramp münasibətlərini çox çətinləşdirmişdir: “Çinə qarşı ticarət müharibələri və ritorika artmaqdadır. Ona görə də Böyük Qara Dəniz regionunda, Aralıq Dənizi regionunda, hətta mən deyərdim ki, Çinə qədər uzanan böyük Avrasiya regionunda Türkiyə kimi güclü oyunçuyla dost olmaq, onun maraqlarına uyğun şəkildə siyasəti qurmaq Amerika Adminstrasiyasının marağındadır”.
Tahirə AĞAMİRZƏ