28.06.2025, 01:07
AZ EN
16.04.2025, 14:58 205

Fransa səfirinin məqsədi Tavuşda Azərbaycanı təxribata çəkməkdir

YAZILAR
  • Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Tavuşa səfəri təxribat xarakterli addımdır.

Milli Məclisin deputatı Tural Gəncəliyev ARB24-ə açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, burada da mən təxribat xarakteri görürəm: “Çünki orada Tavuş ətrafında olan guya kəndlərə bildirilib ki, bu kəndlər boşaldılsın. Delimitasiya, demarkasiya prosesi nəticəsində oralar guya Azərbaycan mövqeləri olacaq. Əslində bunun hamısı təxribatdır. Nəyə görə? Çünki delimitasiya, demarkasiya məhz Azərbaycanın keçmişdə mövcud olmuş, yəni hələ  SSRİ dövrünə, Sovet Ermənistanı, Sovet Azərbayanı arasında mövcud olmuş xətlərin yenidən bərpasıdır. Bu xətlərə 30 il ərzində Ermənistan tərəfi heç bir hörmət qoymamışdır. İşğal nəticəsində onlar öz istədikləri yerdə kəndlər, qəsəbələr tikmişlər.

İndi ona görə də vurğulamaq və xüsusilə qeyd etmək lazımdır ki, Tavuş istiqaməti həssas bir bölgədir. Son zamanlar Ermənistan ordusu bizim ordunu məhz o istiqamətlərdən atəşə tutur. Orada da ermənilərin yaşayış məntəqələri var. Məqsəd odur ki, Azərbaycan tərəfi cavab versin. Orada hansısa bir təxribat nəticəsində atışma baş versin və  Avropa İttifaqı missiyası dərhal gəlsin guya faktı qeydı alsın.  Kadrlarda Fransanın Ermənistandakı səfirini də görürük orda. Ancaq bu işlərdən əsas revanşizmi qızışdıran qüvvə kimi qabağa düşüb Azərbaycanı ittiham etsin. Delimitasiya, demarkasiya prosesi təbii bir prosesdir, onsuz da bu başa çatacaq. Orda hansısa bir şəkildə erməni sakinlərinə qarşı, kəndlilərinə qarşı xüsusi qeyd etmək, təbii ki, təxribatın əsas nəticəsidir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər