05.08.2025, 09:29
AZ EN
06.07.2022, 17:15 499

Yeni baş prokuroru bəyənmirlər

YAZILAR
  • Ermənistan konstitutsiyasına görə ölkənin hazırda fəaliyyətdə olan baş prokurorunun səlahiyyət müddəti sentyabrın 16-da başa çatdığına görə parlament bu günlərdə baş nazirin təqdimatı ilə gələcək baş prokuroru səsvermə ilə həmin vəzifəyə məqsədəuyğun hesab edib.

36 yaşlı Anna Vartapetyan hüquq elmləri namizədidir və Paşinyanın köməkçisi olmaqla yanaşı həm də dövlət universitetində hüquq üzrə müəllim işləyib. Onun namizədliyinin müzakirəsində müxalif deputatlar iştirak etməsələr də elektron və yazılı mətbuatda barəsində müxtəlif fikirlər səsləndirirlər. Müharibədə həlak olmuş əsgər Mixitar Qaleyanın atası Qarqik Qaleyan Respublika prkurorluğunun binası önündə keçirilən aksiya zamanı deyib ki, «indi fəaliyyətdə olan baş prokuror kişidir və onun heç bir dəyəri, ləyaqəti yoxdur. Anna Vartapetyan isə qadındır. İşləyəndə nə edəcək? O, Nikolun şəxsən istifadə etdiyi «tryapka»dan başqa bir şey deyil… Ölkədə qanunsuzluq səngimək bilmir, kim nəyi necə istəyirsə elə də edir. Hökumət isə istəyir ki, Nikol və komandası vəzifədə qalsın. 

Nəsib QARAMANLI

Oxşar xəbərlər